• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

11 aptekdə nöqsan aşkarlandı

CƏMİYYƏT

04 Avqust 2026 | 17:36

11 aptekdə nöqsan aşkarlandı

İyul ayında Bakı və rayonlarda 78 aptek yoxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 55-i Bakı şəhərində, 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 51-i planlı, 26-sı plandankənar və 1-i yoxlamadan kənar olub.

Nəticələrə əsasən, 11 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.3 və 452.4-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR