Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Təhlükəsizlik Xidmətinin (UTX) Rusiyanın zəiflədilməsinə yönəlmiş yeni əməliyyatlarının keçirilməsini razılaşdırdığını bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında yazıb.
V.Zelenskinin sözlərinə görə, o, Rusiya qoşunlarına qarşı əməliyyatlar barədə məruzəni dinləyib, UTX-nin fəaliyyətinin nəticələri ilə tanış olub və yeni əməliyyatları razılaşdırıb.
"Bu gün mən yeni əməliyyatları razılaşdırdım. Aleksandr Poklad Ukrayna Təhlükəsizlik Xidmətinin avqust ayı üçün prioritetlərini məruzə edib", - o bildirib.
V.Zelenski həmçinin qeyd edib ki, UTX-nin rəhbərliyinə xidmətin daxili strukturunu "Ukrayna üçün deyil, özləri üçün işləyənlərdən" təmizləməyi davam etdirməyi tapşırıb.
Bakı 



