Novorossiysk Limanından Samsuna gedən "NADEJDA" Ro-Ro gəmisi Novorossiysk sahillərindən təxminən 20 dəniz mili məsafədə pilotsuz təyyarə tərəfindən hücuma məruz qalıb.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bununla bağlı Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi açıqlama yayıb.
Bildirilib ki, Qara dənizdə dronların hücumuna məruz qalan "NADEJDA" Ro-Ro gəmisinin göyərtəsində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvü olub. İlkin məlumatlara görə, üç heyət üzvünün vəziyyəti ağırdır.
Gəmidəki dənizçilər Rusiya dəniz qüvvələri tərəfindən Novorossiysk limanına təhlükəsiz şəkildə təxliyə edilib.
Gülşən Şərif
Bakı 



