ABŞ-də 100-ə yaxın pişiyi oğurlayan qadın kuryer həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, 77 yaşlı Geyl Custino iyulun 20-də evində antisanitar şəraitdə saxlanılan yüzə yaxın pişik tapıldıqdan sonra saxlanılıb. İstintaqçıların sözlərinə görə, kondisioneri işləməyən evin daxilində temperatur 40 dərəcədən yuxarı olub, döşəmələr isə qalın nəcis qatı ilə örtülüb.
Şerifin verdiyi məlumata görə, ev sahibi 2014-cü ildən bəri heyvanların saxlanması qaydalarını pozduğuna görə dəfələrlə məsuliyyətə cəlb edilib. Buna baxmayaraq, vəziyyət daha da pisləşib. Qadına qarşı heyvanlarla qəddar rəftar etmə və onları lazımi şərait olmadan saxlama ittihamları irəli sürülüb.
Polisdən bildirilib ki, amerikalı qadın səmimi qəlbdən heyvanlara kömək etdiyini düşünsə də, əməlləri onların əzab çəkməsinə səbəb olub. Hüquq-mühafizə orqanları onun zəruri psixi yardım alacağına ümid edirlər. Xilas edilən heyvanlardan bəziləri artıq həqiqi sahiblərinə qaytarılıb./Qafqazinfo
Bakı 



