• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB

CƏMİYYƏT

04 Avqust 2026 | 19:05

Türkiyənin media nümayəndələri Xankəndidə genişmiqyaslı işlərlə tanış olublar - YENİLƏNİB

Türkiyədən olan bir qrup media nümayəndəsi avqustun 4-də Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.

Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, "Böyük Qayıdış" proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.

***16:35

Türkiyənın xəbər kanalları və informasiya agentliklərinin nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində Ağdam rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə tanış olub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, media nümayəndələri Azərbaycanın üzləşdiyi mina problemi, bu problemin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət, eləcə də tətbiq olunan müasir texnologiyalar və təhlükəsiz bərpa prosesində humanitar minatəmizləmənin rolu barədə ətraflı məlumatlandırılıb, müsahibələr verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR