• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

“Sabah” “Lester”in futbolçusunu transfer etdi

İDMAN

04 Avqust 2026 | 19:18

“Sabah” “Lester”in futbolçusunu transfer etdi

"Sabah" İngiltərədən futbolçu transfer edib

Bakıvaxtı.az xəbər verir ki, "bayquşlar" "Lester"in futbolçusu Hamza Çodurini heyətinə qatıb.

28 yaşlı banqladeşli futbolçu bir neçə müddətdir gedən danışıqlardan sonra "Sabah"la anlaşıb. Ötən mövsüm "Şeffıld Yunayted"də icarə əsasında forma geyinən Hamza "Uotford"da da çıxış edib. "Lester" çempion olarkən - 2015/16 mövsümündə 21 yaşadək kollektivdə mübarizə aparan futbolçu bu ölkədə 3 dəfə titul qazanıb. 2021-ci ildə İngiltərə Kubokunu, 2021/22 mövsümündə Super Kubokunu və 2023/24 mövsümündə çempionşipin qalibi olub. 

Qeyd edək ki, Hamza Çodurinin 4 milyon avro "transfermarkt" dəyəri var. (Offsideplus.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR