• Bakı 27° C

    1.06 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Saakaşvili həbsxanada gördüyü işgəncələri sadaladı 

DÜNYA

05 Avqust 2026 | 00:59

Saakaşvili həbsxanada gördüyü işgəncələri sadaladı 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsxanada saxlanılma şəraitindən şikayətlənib. 

Bakıvaxtı.az xəbər verir ki, o, "kiçik, qaranlıq, tarakanlarla dolu və pis havalandırılan" kamerada tualet əvəzinə "çexma" (septik çən) istifadə edildiyini bildirib.

Saakaşvili digər siyasi məhbusların da oxşar şəraitdə saxlanıldığını iddia edib.

O qeyd edib ki, 1 oktyabrda həbsinin beş ili tamam olacaq. Sabiq prezident beynəlxalq standartlara görə, bu qədər uzun müddətli tək kamerada saxlanılmasının işgəncə və qeyri-insani rəftar olduğunu deyib.

Keçmiş prezident, həmçinin, bildirib ki, həbsxana Rustavidəki Bidzina İvanişviliyə məxsus olduğunu iddia etdiyi sement zavodunun yanında yerləşir. Saakaşvili iddia edir ki, məhbuslar daim sement tozuna məruz qalırlar və bu da onların nəfəs almasını çətinləşdirir.

Bundan əlavə, o, əksər məhbuslardan fərqli olaraq, qanunla tələb olunsa da, telefondan istifadəsinin qadağan olduğunu bildirib. Saakaşvilinin sözlərinə görə, ona bu yaxınlarda qızı Alisa ilə həftədə bir neçə dəqiqə danışmağa icazə verilib. O, həmçinin, iddia edir ki, Ukrayna konsulu ilə görüşlərinə, Ukrayna çap nəşrlərini və video materiallarını almasına, vəkillərinə uşaqlarının və nəvəsinin fotoşəkilləri də daxil olmaqla şəkilləri gətirməyə icazə verilmir.

Saakaşvili iddia edir ki, beynəlxalq, hökumət və parlament nümayəndə heyətlərinə dəfələrlə onu ziyarət etmək imkanı verilməyib.

"Onlar mənə hərbi əsir kimi yanaşırlar, amma Cenevrə Konvensiyasına hörmət etmirlər", - deyə keçmiş prezident bildirib. O, həmçinin, həbsinin əvvəlində Gürcüstan hakimiyyətini işgəncə və zəhərləmədə ittiham edərək, bütün bunların onun iradəsini qırmaq məqsədi daşıdığını deyib./Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026