• Bakı 31° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

MŞ sədri: "TikToka baxmaq beyni çürüdür"

MEDİA

05 Avqust 2026 | 10:39

MŞ sədri: TikToka baxmaq beyni çürüdür

Azərbaycan Mətbuat Şurasının sədri Rəşid Məcid sosial şəbəkələrin, xüsusilə TikTok platformasının insanların mütaliə vərdişinə mənfi təsir göstərdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rəşid Məcid qeyd edib ki, 85 yaşlı anası əvvəllər hər ay üç kitab oxuduğu halda, telefonuna TikTok tətbiqi yüklənəndən sonra cəmi üç aya bir kitab oxumağa başlayıb. Onun sözlərinə görə, platformadakı videoların əksəriyyəti bayağı məzmun, primitiv məlumatlar və yanlış informasiyalarla doludur.

Paylaşımda Türkiyəli jurnalist Yılmaz Özdilin sosial mediada uzun müddət vaxt keçirməyi "beyin çürüməsi" adlandırdığı da xatırladılıb. Məcid bildirib ki, qısa videolar insanın vaxtını alsa da, nə düşünməyə sövq edir, nə də mənəvi rahatlıq yaradır.

O, cəmiyyət qarşısında vacib sualın dayandığını vurğulayaraq, kitabın, qəzetin və mütaliənin ani həzz yaradan videolar qarşısında geri çəkilməsinə biganə qalmamağa çağırıb. Rəşid Məcid hesab edir ki, hələ gec deyil və bu tendensiyaya qarşı çıxış yolları axtarmaq lazımdır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026