• Bakı 31° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

CƏMİYYƏT

05 Avqust 2026 | 10:59

Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək

Avqustun 10-14-də Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında yerləşən təsərrüfatlarda donuzlarla bağlı epizootoloji monitorinqlər keçiriləcək. 

Bakıvaxtı.az xəbər verir ki, donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə keçirilən monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq.

Monitorinqlər zamanı laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin maarifləndirmə tədbirləri həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026