• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Süd məhsulları körpədə narahatlıq yaradır? - Həkimdən CAVAB

CƏMİYYƏT

05 Avqust 2026 | 15:55

Süd məhsulları körpədə narahatlıq yaradır? - Həkimdən CAVAB

"Bəzi hallarda ana südü verən qadının qəbul etdiyi süd məhsullarından sonra körpədə narahatlıq və ya həssaslıq əlamətləri müşahidə oluna bilər. Bu zaman qidaların körpəyə təsiri fərdi şəkildə qiymətləndirilməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bəzən ana südü verən qadın süd məhsulları qəbul etdikdən sonra körpədə narahatlıq müşahidə oluna bilər. Bu zaman anaya tövsiyə edirik ki, qəbul etdiyi qidalardan sonra uşağın vəziyyətini diqqətlə izləsin.

Həkim bildirib ki, əgər süd məhsullarının qəbulundan sonra körpənin vəziyyəti normaldırsa, hər hansı narahatlıq və ya şikayət yoxdursa, ana həmin qidaları qida rasionunda saxlaya və qəbulunu davam etdirə bilər.

"Lakin bəzi analar bildirirlər ki, süd məhsulları qəbul etdikdən sonra körpə daha narahat olur. Bu, uşağın fərdi həssaslığı və ya müəyyən allergik meyillə əlaqəli ola bilər. Belə hallarda həmin qidanın bir müddət qida rasionundan çıxarılması və körpənin vəziyyətinin müşahidə olunması tövsiyə edilir", - Aygün Məmmədova qeyd edib.

Körpədə narahatlıq davam edərsə və ya allergik əlamətlər müşahidə olunarsa, mütləq pediatra müraciət edilməlidir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026