• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Ana südü kəsilərsə nə etməli? - Həkim AÇIQLADI 

CƏMİYYƏT

05 Avqust 2026 | 15:44

Ana südü kəsilərsə nə etməli? - Həkim AÇIQLADI 

Ana südünün azalması və ya müvəqqəti olaraq gəlməməsi laktasiyanın tamamilə dayanması demək deyil. Düzgün qidalanma, kifayət qədər istirahət və körpənin tez-tez əmizdirilməsi süd istehsalının yenidən artmasına kömək edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

A.Məmmədova bildirib ki, laktasiya prosesini bərpa etmək mümkündür. Bəzi hallarda analar ‘südüm gəlmir’ və ya ‘südüm azalıb’ deyə müraciət edirlər. Belə vəziyyətlərdə ilk növbədə ananın qidalanmasına, emosional vəziyyətinə və yuxu rejiminə diqqət yetirilməlidir.

Onun sözlərinə görə, ən vacib məqamlardan biri körpənin tez-tez döşə qoyulmasıdır. Tez-tez əmizdirmə süd istehsalının artmasına və laktasiya prosesinin bərpasına kömək edir. Ehtiyac olduqda südün sağılması da bu prosesə dəstək verə bilər.

"Bu tədbirlərə baxmayaraq laktasiya prosesi bərpa olunmursa, ana laktasiya üzrə mütəxəssisə və ya həkimə müraciət etməlidir.

Bu dövr analar üçün emosional baxımdan gərgin keçə bilər. Analar səbirli olmalı və özlərini həddindən artıq narahat etməməlidirlər. Düzgün dəstək və uyğun yanaşma ilə laktasiyanı bərpa etmək mümkündür”, - Aygün Məmmədova qeyd edib.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026