• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Temperatur 50 dərəcəni keçdi - Dövlət idarələri bağlandı

DÜNYA

05 Avqust 2026 | 15:33

Temperatur 50 dərəcəni keçdi - Dövlət idarələri bağlandı

İraqda həddindən artıq isti hava şəraiti səbəbindən bir sıra əyalətlərdə dövlət idarələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, İraq mətbuatının yaydığı məlumata görə, havanın temperaturunun 50 dərəcəni keçəcəyi ilə bağlı xəbərdarlıqlardan sonra Bəsrə, Ziqar, Meysan, Kərbəla, Qadisiyyə, Babil və Vasit əyalətlərində rəsmi dövlət müəssisələrində iş bir günlük dayandırılıb.

Qubernatorluqlar qərarın dövlət qulluqçularını və vətəndaşları həddindən artıq isti havanın təsirlərindən qorumaq məqsədilə qəbul edildiyini açıqlayıb. pizza sifarişi

Bildirilib ki, səhiyyə, təhlükəsizlik, elektrik enerjisi və digər həyati əhəmiyyət daşıyan xidmətləri göstərən qurumlar bu qərardan istisna olunub./“Yeni Sabah” 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026