Lənkəranda yol qəzası baş verib.
Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, Liman şəhərində Bakı istiqamətində hərəkətdə olan “Kia Ceed” markalı avtomobil qarşı tərəfdən gələn “Opel” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Kia”da olan üç nəfər, Cəlilabad rayon sakinləri - Vüsal Şahbazov, Sadiq Heydərov və Adil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



