• Bakı 16° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

14 yaşlı məktəblinin ölümü: Nicat Şərifzadənin axtarışları davam edir - FOTOLAR

HADİSƏ

05 Avqust 2026 | 13:48 | Müəllif: Qalib İbrahimoğlu

14 yaşlı məktəblinin ölümü: Nicat Şərifzadənin axtarışları davam edir - FOTOLAR

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb.

Bakıvaxtı.az xatırladır ki, hadisə Qarabağ kanalının Mingəçevirdən keçən hissəsində baş verib.

Belə ki, Mingəçevir sakini, 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalında boğularaq ölüb.

Yeniyetmənin axtarışlarına FHN-nin dalğıc axtarış qrupu cəlb olunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Nicat üzgü bilmirmiş.  Yaxınlarının saytımıza bildirdiyinə görə, o, körpünün altındakı dəmir özüldən kanala tullanlb və boğulmağa başlaylıb. Həmin an ərazidə olan balıqçı da üzgü bilmədiyindən qarmağı yeniyetməyə atsa da, N.Şərifzadə onu tuta bilməyib və nəticədə boğulub.

Nicat Şərifzadə bu tədris ilində 9-cu sinifdə oxuyacaqdı.

Murad İsmayıl


14 yaşlı məktəblinin ölümü: Nicat Şərifzadənin axtarışları davam edir - FOTOLAR14 yaşlı məktəblinin ölümü: Nicat Şərifzadənin axtarışları davam edir - FOTOLAR14 yaşlı məktəblinin ölümü: Nicat Şərifzadənin axtarışları davam edir - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026