• Bakı 28° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

İspaniya minlərlə sənədsiz miqrantı axtarır

DÜNYA

05 Avqust 2026 | 17:21

İspaniya minlərlə sənədsiz miqrantı axtarır

İspaniyanın Seuta şəhərində 6000 sənədsiz miqrant var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhər meri Xuan Xesus Vivasa məlumat yayıb. 

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları qanunsuz immiqrantları, o cümlədən çimərliklərdə tutaraq onları Mərakeşə geri göndərməklə şəhərdəki vəziyyəti düzəltməyə çalışır.

"El Mundo" qəzeti xəbər verir ki, bir neçə ispan zabiti qrupu Mərakeş sərhədindən əvvəlki son İspan barı olan Puerta de Europa çimərlik barına qədər müşayiət edərək onların geri qayıtmasının qarşısını alıb. Gənclər bunu anladıqda dağılışıblar. Jurnalistlərin məlumatına görə, sonda yalnız bir miqrant tutulub və digərlərinin axtarışı davam edir.

İyulun sonlarında on minlərlə mərakeşli miqrant Şimali Afrikadakı İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz daxil olub. Bu, İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq axtarmaq imkanı verilməsini tələb etməsindən sonra baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR