UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək Danimarkanın "Orhus" və Azərbaycanın "Sabah" komandaları arasında ilk oyun nəzərdə tutulduğu vaxtda başlamayacaq.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, qarşılaşma saat əvvəlcədən nəzərdə tutulduğu kimi saat Bakı vaxtı ilə saat 20:30-da yox, 21:00-da start götürəcək.
Buna səbəb Randers şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yaranan tıxacdır. Hadisə səbəbindən komandaları stadiona gətirən avtobusun gecikdiyi bildirilib.
Bakı 



