• Bakı 28° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Rusiyada dron şirkətinin baş direktoruna sui-qəsd cəhdi edilib

DÜNYA

05 Avqust 2026 | 18:45

Rusiyada dron şirkətinin baş direktoruna sui-qəsd cəhdi edilib

"Upyr" dronlarını istehsal edən "Uraldrone Plant" şirkətinin baş direktoru Vladimir Tkaçuk avtomobildə baş verən partlayış nəticəsində xəsarət alıb. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, o, ağır vəziyyətdə reanimasiyadadır. 

Agentliyin mənbəyi bildirib ki, Vladimir Tkaçuk avtomobilin partlaması nəticəsində xəsarət alıb. Partlayış zamanı Tkaçukun mühafizəçisi vəzifəsində çalışan sürücü maşında ölüb.

Qeyd edək ki, 2022-ci ildə qurulan "Uraldrone Plant" şirkəti Ukraynaya qarşı müharibədə Rusiya hərbçiləri tərəfindən istifadə edilən "Upyr" pilotsuz uçuş aparatlarını istehsal edir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR