• Bakı 28° C

    8.02 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Netanyahu: "HƏMAS tam tərksilah olunmayana qədər..." 

DÜNYA

05 Avqust 2026 | 18:42

Netanyahu: HƏMAS tam tərksilah olunmayana qədər... 

HƏMAS tam tərksilah olunmayana qədər İsrail ordusu Qəzza zolağından çıxmayacaq.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, bildirib ki, Tramp administrasiyası İsrailə sülh sazişinin layihəsini göndərib, lakin rəsmi Təl-Əviv təqdim olunan variantı qəbul etməyib.

"Tramp administrasiyası bizə saziş layihəsini göndərdi. Biz onunla razılaşmadıq. Bu, bizim layihəmiz deyil. Öz irad və təkliflərimizi onlara göndərdik. İsrail Silahlı Qüvvələri ölkənin, ərazisinin və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan bütün addımları atmağa davam edəcək", – deyə Netanyahu bildirib.

Saziş layihəsinə əsasən, HƏMAS silahlarını təhvil verməyə başlamalı, İsrail isə nəzarətində olan Qəzza zolağı ərazilərindən qoşunlarını çıxarmalı və bölgəyə endirdiyi zərbələri dayandırmalıdır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR