Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Ceki Çanın baş rolda çəkildiyi "Tanrının zirehi 4: Ultimatum" ("Armour of God 4: Ultimatum") filminin bəzi səhnələri Azərbaycanda lentə alınır.
Bakıvaxtı.az-ın məlumatına görə, aktyor ötən gündən Bakıdadır. Ceki Çan bu gün İçərişəhərdə görüntülənib. Onun çəkiliş prosesindən görüntüləri "Azərtac" yayımlayıb.
Bildirilib ki, filmin bəzi səhnələri Qız qalasının ətrafında lentə alınır. Ceki Çanın Bakıda təxminən 10 gün qalacağı gözlənilir.
Bakı 



