"Ankara Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün ondan asılı olan tədbirləri tam şəkildə yerinə yetirir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu deyib.
O, Qarsdan Naxçıvan Muxtar Respublikası ilə sərhədə qədər dəmir yolu xəttinin tikintisinə başlandığını xatırladıb. “Bu gün biz Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid dəmir yolu şəbəkəsi yaratmaq məqsədi ilə qətiyyətlə irəliləyirik”, - deyə türkiyəli nazir qeyd edib.
Nazir bildirib ki, Naxçıvanda təxminən 80 km mövcud xətlərdə modernləşdirmə işləri başa çatıb və 15-20 km yeni yolun tikintisi plana uyğun olaraq davam edir:
"Zəngəzur dəhlizinin Ermənistanın cənubundan keçəcək 42-43 km-lik hissəsində yol tikintisinə gəlincə, hələlik işlər başlamayıb. Azərbaycanın hesablamalarına görə, əgər bu il Ermənistan ərazisində tikinti işlərinə başlanılarsa, bütün Zəngəzur dəhlizi beş il ərzində tamamlana bilər".
Bakı 




