• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şəxsiyyət vəsiqələrində ana adı da yazılacaq? - MÜHÜM AÇIQLAMA 

CƏMİYYƏT

17 Sentyabr 2026 | 16:28 | Müəllif: Günəş Mərd

Şəxsiyyət vəsiqələrində ana adı da yazılacaq? - MÜHÜM AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə şəxsiyyət vəsiqələrində şəxsin ata adı ilə yanaşı ana adının da qeyd olunması məsələsi geniş müzakirə olunur. Xüsusilə övladını tək böyüdən analar bu təklifi dəstəkləyir və uşağın tərbiyəsi və təminatında əsas məsuliyyəti daşıdıqları halda, şəxsiyyət vəsiqəsində yalnız ata adının göstərilməsini ədalətsiz yanaşma kimi qiymətləndirirlər.

Maraqlıdır, şəxsiyyət vəsiqələrində ata adı ilə yanaşı ana adının da qeyd edilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi? Belə bir yeniliyin qanunvericiliyə daxil edilməsi mümkündürmü və bu addım hüquqi və sosial baxımdan nə dərəcədə əsaslı hesab olunur?

Ceyhun Məmmədov, deputat

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu məsələlər hansısa şəxsin rəyi əsasında qəbul edilmir.

Deputatın sözlərinə görə, məsələ ilə bağlı birmənalı olaraq mərkəzi icra hakimiyyətlərinin mövqeyi olmalıdır: 

“Şəxsiyyət vəsiqəsinin hazırlanması beynəlxalq standartlar əsasında həyata keçirilir. Yəni müəyyən mexanizm və normalar əsasında dövlətlər qərarlar qəbul edirlər. Ananın adına gəldikdə isə, əgər burada söhbət ailənin dağılmasından gedirsə, yükü daha çox ananının daşıması nəzərdə tutulursa, burada ailə ilə bağlı başqa hüquqi normativ sənədlər gündəmə gəlir. O baxımdan, hələlik belə məsələlər gündəlikdə yoxdur".

"Əgər gələcəkdə dünya praktikasında belə bir məsələ olarsa, beynəlxalq hüquqi sənədlərdə belə dəyişiklik olarsa, o zaman Azərbaycanda da buna baxıla bilər”, - deyə Ceyhun Məmmədov əlavə edib. 

Elçin Kazımi, hüquqşünas

Hüquqşünas Elçin Kazımi Bakıvaxtı.az-a deyib ki, Azərbaycan qanunvericiliyində valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələri nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, ana adından şəxsiyyət vəsiqəsinə əlavə olunması ona yeni hüquqlar qazandırmayacaq: 

“Əgər bütün vətəndaşların vəsiqələrini dərhal dəyişdirilməsi tələb olunarsa, bu, əlavə maliyyə və vaxt itkisi deməkdir. Zənn edirəm ki, hazırda buna lüzum yoxdur. Ananın adının şəxiyyət vəsiqəsinə əlavə edilməsi ciddi qanunvericilik dəyişikliyi, çoxsaylı hüquqi aktların uyğunlaşdırılmasını tələb edir”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR