q
  • Bakı 14° C

    16.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Qətlə yetirilən ŞaiqANAMA əməkdaşı imiş - FOTO

CƏMİYYƏT

27 Aprel 2026 | 15:08

Qətlə yetirilən Şaiq ANAMA əməkdaşı imiş - FOTO

Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.

Qeyd edək ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedov qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, tərəflər ötən gün kənddəki toyun ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.

Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


SON XƏBƏRLƏR