q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi - YENİLƏNİB

SİYASƏT

27 Aprel 2026 | 11:36

Milli Məclis MSK-nın yeni tərkibini təsdiqlədi - YENİLƏNİB

Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibinin formalaşdırılması barədə qərar layihəsini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirə olunan sənədə əsasən, YAP və Milli Məclisdə azlıq təşkil edən partiyaların təqdim etdiyi namizədlər MSK üzvü və əvəzedici üzv kimi təsdiqlənib. Ümumilikdə 18 üzv və 3 əvəzedici üzvün siyahısı təsdiq olunub.

Qərarın qəbulundan sonra MSK-nın yeni tərkibi rəsmiləşib. Qanunvericiliyə əsasən, seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir. MSK-nın əvvəlki tərkibi 2021-ci il aprelin 27-də formalaşdırılmışdı.

Qərara əsasən üzvlər və əvəzedici üzvlər aşağıdakı kimidir:

MSK üzvləri:

Sevinc Abdullayeva

Fuad Cavadov

Bəxşeyiş Əsgərov

Nailə Əsgərova

Tofiq Həsənov

Elçin Xələfov

Ramiz İbrahimov

Rövzət Qasımov

Almas Qəhramanlı

Etibar Quliyev

Elmar Məmmədov

İlham Məmmədov

Arifə Muxtarova

Qabil Orucov

Məzahir Pənahov

Mikayıl Rəhimov

İlkin Şahbazov

Əvəzedici üzvlər:

Aysel Cəlilova

Züriyə Qarayeva

Elnarə Mustafayeva

Müəllif: Əli Hüseynov

***

10:47

Bu gün Azərbaycan Milli Məclisinin növbəti iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, müzakirəyə çıxarılacaq deputatlar Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələni də müzakirə edəcəklər.

Qeyd edək ki, artıq Yeni Azərbaycan Partiyası ilə yanaşı parlamentdə azlıq təşkil edən partiyaların, eləcə də Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.

Belə ki, YAP-ın İdarə Heyətinin növbəti iclasında hakim partiyanı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.

Parlamentdə azlıq təşkil edən partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) - Tofiq Həsənov, İlkin Şahbazov.

Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı isə Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) MSK üzvlüyünə yeni namizədləridirlər.

Onu da bildirək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Aprel 2026