q
  • Bakı 14° C

    16.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Aİ-nin Gürcüstandakı səfiri XİN-ə çağırıldı

DÜNYA

27 Aprel 2026 | 15:06

Aİ-nin Gürcüstandakı səfiri XİN-ə çağırıldı

Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Gürcüstan XİN yayıb.

Nazirliyin məlumatına görə, səfir Gerçinski Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidməti nəzdində təşkil edilmiş Gürcüstan mövzusundakı tədbirdə səsləndirdiyi bəyanatla əlaqədar Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşə çağırılıb.

"Brüsselin bu cür hərəkətləri və Gürcüstan barəsində verilən bəyanatlar tərəfdaşlar arasında etimadı sarsıdır, Gürcüstan-Avropa münasibətlərinə ziyan vurur və onlara qarşı yönəlib", - Boçorişvili deyib.

Nazir həmçinin Gürcüstan hökumətinin konstruktiv dialoqa müntəzəm şəkildə hazır olduğunu qeyd edib və Aİ tərəfindən ölkəyə qarşı ədalətli və hörmətli münasibət gözlədiyini ifadə edib.


SON XƏBƏRLƏR