• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ - FOTO - YENİLƏNİB

HADİSƏ

27 Aprel 2026 | 17:53

2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ - FOTO - YENİLƏNİB

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi "QAZ-66" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

***

14:45

Lerikdə yük maşını dərəyə aşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb. Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

    Faktla bağlı araşdırma aparılır./APA


    2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ - FOTO - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR