İmtahan suallarının proqramdan kənar olması ilə bağlı iddiaların əsassızdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Sədrin sözlərinə görə, illərdir imtahanlarda proqramdan kənar sual təqdim olunmayıb və bu iddialar reallığı əks etdirmir:
“Müəllim deyir ki, məsələni həll edə bilmirəm. Dediyim kimi, bu proqrama daxil olan məsələlərdir. Axı sən müəllimsən?”
O qeyd edib ki, 30 il ərzində istifadə olunan bütün suallar proqram çərçivəsindədir:
“İmtahandan sonra biz özümüz də həmin suallar üzərində işləyirik, yoxlayırıq ki, həll etmək mümkündürmü”.
M.Abbaszadə əlavə edib ki, əsas məqsəd daha güclü və hazırlıqlı nəsil yetişdirməkdir:
“Cəmiyyət o zaman inkişaf edəcək ki, yeni nəsil bizdən daha ağıllı olsun. Əgər uşaqlarımız bizim bacarmadığımızı bacarırsa, deməli, bizim əməyimiz hədər getməyib. Gənclər bizdən daha hazırlıqlı və daha geniş düşüncəli olmalıdır”.
Zeynəb Rzayeva
Bakı 




