Din xadimləri elə fəaliyyət göstərməlidir ki, görülən işlər dövlət səviyyəsində həyata keçirilən təşəbbüslərə dəstək olsun.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün bayram namazında müxtəlif dini icmaların nümayəndələri iştirak ediblər:
"Burada həm sünni, həm də şiə qardaşlarımız birlikdədir. Bu, bütün dünya üçün bir nümunədir. Başqa yerlərdə bunu görmək çox çətindir, amma Azərbaycanda bu birlik və həmrəylik mövcuddur. Bu işlər dövlətimizin rəhbərliyinin dəstəyi ilə davam edir və gələcəkdə də davam edəcək".
Bakı 




