• Bakı 19° C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

CƏMİYYƏT

26 May 2026 | 19:55

Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində şəhid Ülfət Babazadənin ailəsini ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edə ki, Ülfət Babazadə 2000-ci il yanvarın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub.

Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 

Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni  ilə təltif edilib.


SON XƏBƏRLƏR