• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

"Türkiyə “sabitlik adası” olaraq qalır" - Ərdoğan

DÜNYA

27 May 2026 | 00:42

Türkiyə “sabitlik adası” olaraq qalır - Ərdoğan

Regionun ardıcıl müharibələr və böhranlarla üzləşdiyi bir dövrdə güclü iqtisadiyyatı, inkişaf etmiş infrastrukturu, təcrübəli dövlət institutları və peşəkar kadr potensialı ilə Türkiyə “sabitlik adası” olaraq qalır. Bu gün biz son 23 ildə həyata keçirilən uğurlu siyasətin, o cümlədən müdafiə sənayesi sahəsində atılan addımların nəticələrini görürük.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban bayramı münasibətilə ünvanladığı təbrik müraciətində yer alıb.

Onun sözlərinə görə, qeyd olunan dövrdə Türkiyənin ÜDM-i 238 milyard dollardan 1,6 trilyon dollara yüksəlib, ixrac həcmi isə 36 milyard dollardan 276 milyard dollara çatıb. Eyni zamanda, müdafiə sənayesi məhsullarının xaricə ixracı 248 milyon dollardan 10 milyard dollara qədər artıb.

“Türkiyə yalnız az sayda ölkənin nail ola bildiyi silsilə uğurlarını davam etdirir”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident Türkiyənin “regionu bürüyən dumanın çəkilməsi ilə” formalaşacaq yeni dövrün “ən parlaq ulduzlarından birinə” çevriləcəyinə əminliyini ifadə edib.

“Bu məqsədə nail olmaq üçün əlimizdən gələni edirik. Bu gün “Terrorsuz Türkiyə” təşəbbüsünün əhəmiyyəti heç vaxt olmadığı qədər aydın dərk olunur. Bu tarixi proses Türkiyənin daxilində sabitliyin möhkəmlənməsinə və imperialist qüvvələrin ölkəmizin hüdudlarından kənarda qurduğu oyunların qarşısının alınmasına töhfə verir. Ölkəmizə 2 trilyon dollar iqtisadi zərər vurmuş bu problemi ölkənin gündəmindən çıxarmaqda qətiyyətliyik”, – deyə Ərdoğan bildirib.


SON XƏBƏRLƏR

26 May 2026