• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bakıya diametri 4 mm olan dolu yağıb -YENİLƏNİB

CƏMİYYƏT

26 May 2026 | 16:31

Bakıya diametri 4 mm olan dolu yağıb -YENİLƏNİB

Mayın 26-sı saat 16:00-a olan faktiki hava açqılanıb.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb. Düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

    Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

    ***

    Hazırda Bakıda, Abşeron yarımadasında və Sumqayıtda davam edən qeyri-sabit hava şəraiti axşam saatlarına doğru tədricən kəsiləcək.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

    O qeyd edib ki, axşam saatlarında artıq yağıntılar kəsəcək.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    ***

    15:47

    Bakı ərazisində gözlənilməz hava şəraiti müşahidə olunmağa başlayıb.

    Bakıvaxtı.az-ın xəbərinə görə, paytaxtın bir neçə rayonunda intensiv dolu yağışı qeydə alınıb.

    Şahidlərin sözlərinə görə, dolu qısa müddətdə küçələri ağ rəngə bürüyüb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

    Görüntüləri təqdim edirik: 

     

    Murad İsmayıl


    SON XƏBƏRLƏR