• Bakı 21° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Bakı-Moskva münasibətlərində yeni səhifə: Gərginliklər azalır

CƏMİYYƏT

26 May 2026 | 16:39

Bakı-Moskva münasibətlərində yeni səhifə: Gərginliklər azalır

Azərbaycan Respublikasının Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşü baş tutub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Rusiya-Azərbaycan gündəliyindəki cari məsələlər ətrafında fikir mübadiləsi aparan diplomatlar qarşıdan gələn yüksək səviyyəli əlaqələri, ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər:

“Cənubi Qafqazda və Xəzər regionunda sülhün, sabitliyin və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi də daxil olmaqla, çoxşaxəli Rusiya-Azərbaycan müttəfiqliyinin daha da gücləndirilməsi üçün məhsuldar birgə işi davam etdirmək barədə qarşılıqlı öhdəlik ifadə edilib”.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişafı labüddür. Onun sözlərinə görə, qonşu ölkələr arasında əsasən ticari, iqtisadi, siyasi münasibətlərin davamlılığı zəruridir:

"Müəyyən gərginliklər  olsa da, münasibətlərin diplomatiya yolu ilə davamiyyətin qarşıda duran məsələlərin həllinə də yardımçı olacağı gözlənilir. İkitərəfli görüşlərin keçirilməsi, müvafiq mövzularda razılığın əldə olunmasına gətirib çıxara bilər”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın Ukrayna ilə gərgin vəziyyətdə olması, ümumiyyətlə Qərblə gərgin şəraitdə olması onu Azərbaycanla münasibətləri düzəltməyə sövq edir:

"İki ölkə arasında soyuqluq davam etməkdədir. Bunun aradan qalxması üçün Azərbaycanın regionda apardığı sülh və reinteqrasiya siyasətini Rusiya dəstəkləməlidir. Hər iki dövlətin tərəfdaşlıq səviyyəsinə uyğun olaraq, bölgədə sabitliyin qorunmasına dair öhdəliklərə riayət edilməlidir. Məlum təyyarə faciəsi ilə bağlı davam edən proseslərdə Rusiya tərəfi Azərbaycanın haqlı narazılığını qəbul etməli və müvafiq icraatı yerinə yetirib tamamlamalıdır".

Tural İrfan: Rusiyanın bu münasibətlərə xələl gətirməməsi zəminində əlaqələr yüksək səviyyədə yenidən davam edə bilər

Analitik əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı və strateji tərəfdaşlığın möhkəmlənməsi qarşılıqlı hörmətə, bərabərhüquqlu dialoqa və ortaq maraqların qorunmasına əsaslanmalıdır:

"Rusiya tərəfin bu münasibətlərə xələl gətirməməsi zəminində əlaqələr yüksək səviyyədə yenidən davam edə bilər. Bu əlaqələri daha da irəli aparmaq üçün bir sıra əsas istiqamətlərdə addımlar atıla bilər".

Aydın Baxış


SON XƏBƏRLƏR