• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.3845

Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var

DÜNYA

26 May 2026 | 23:41

Pakistanda güclü zəlzələ - ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətinin şimalındakı Celam dairəsində baş verən zəlzələ nəticəsində ən azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, maqnitudası 4,8 olan zəlzələnin ocağı 12 km dərinlikdə yerləşib, episentr Celamdan 58 km cənub-qərbdə olub. Hadisə nəticəsində 10 ev zədələnib.

Hadisə yerinə polis, xilasetmə xidməti və yerli administrasiyanın nümayəndələri cəlb edilib. Axtarış-xilasetmə işləri davam edir.

"12 yaralı tibb mərkəzinə çatdırılıb, onlardan səkkizi sonradan xəstəxanaya köçürülüb. Bir yeniyetmənin həlak olduğu üzə çıxıb", - məlumatda qeyd edilib.


SON XƏBƏRLƏR

26 May 2026