Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
"Ford" markalı yük avtomobili ilə "Changan", "Mazda" və "Lada" markalı minik maşınlarının toqquşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)
Bakı 


jpg-1777285863.jpg)

