Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya fəaliyyətində iştirakla bağlı cəzaları sərtləşdirən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, dəyişikliyə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur. Buna görə:
terror təşkilatı yaratma və ya ona rəhbərlik etmə — 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə;
terror təşkilatına üzv olma və ya fəaliyyətində iştirak — 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni zamanda, qeyd hissəsində göstərilir ki, terror fəaliyyətinin qarşısının alınmasına və ya təşkilatla bağlı şəxslərin ifşasına kömək edən və başqa cinayət törətməyən şəxslər məsuliyyətdən azad edilə bilər.
Bundan başqa, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanun və Cinayət Məcəlləsinin 214-1, 214-2 və 282-ci maddələrinə də dəyişikliklər edilib. Yeni redaksiyada 282-ci maddə kritik infrastrukturun (enerji, nəqliyyat, rabitə və s.) pozulması, eləcə də süni intellekt və proqram təminatlarından istifadə edilən təxribatları da əhatə edir.
Əli Hüseynov
Bakı 




