q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

FHN daha bir müəssisənin fəaliyyətini dayandırdı - VİDEO

CƏMİYYƏT

27 Aprel 2026 | 11:11

FHN daha bir müəssisənin fəaliyyətini dayandırdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Elastik” MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

    Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.


    SON XƏBƏRLƏR

    26 Aprel 2026