q
  • Bakı 14° C

    15.28 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Əsl uğur sistemli şəkildə hazırlaşmaqla əldə edilir - İmtahanda yüksək bal toplayan qazi qızı

MÜSAHİBƏ

27 Aprel 2026 | 09:51

Əsl uğur sistemli şəkildə hazırlaşmaqla əldə edilir - İmtahanda yüksək bal toplayan qazi qızı

Bugünlərdə Azərbaycan xəbər saytlarını sevindirici bir xəbər bəzədi: Qazi qızı imtahandan yüksək bal topladı.

Söhbət Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI B sinif şagirdi Nigar Əliyevadan gedir. Buraxılış imtahanında 297.50 bal toplayan Nigar Əliyeva Qarabağ qazisi, mayor Xəyyam Əliyevin qızıdır. O, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticəyə imza atıb.

Bakıvaxtı.az Nigar Əliyeva ilə uğura aparan yol, bundan sonra atacağı addımlar və planlar barədə söhbətləşib.

- Nigar, buraxılış imtahanıda yüksək bal toplayacağınızı gözləyirdinizmi, özünüzə inanırdınızmı?

- Bəli, gözləyirdim. Yazdığımdan əmin idim. İllərdir, imtahan üçün gecə-gündüz hazırlaşırdım. Bu nəticəni yığacağımı bilirdim.

Bu məsələdə özünəinam da önəmlidir, amma düşünürəm ki, əzmkar və məsuliyyətli olmaq daha vacibdir.

- Repetitor yanında hazırlaşmısınız, yoxsa məktəb bilikləri ilə qazanmısınız bu uğuru?

- Dərs saatlarında məktəbdə, digər vaxtlarda repetitor yanında ciddi hazırlaşmışam.

- İmtahandan əvvəl psixoloji durumunu nəzarətdə saxlamaq üçün nələr etdiniz və digər abituriyentlərə nə tövsiyə edərdiniz?

-İmtahan həyəcanı hər kəsdə olur, amma mən bu həyəcanın öhdəsindən gələ bildim. Bizə verilən 3 saatlıq imtahan müddətini həyəcanlanmaqla keçirmək olmaz, bu, bizim taleyimizi həll edir. Vaxtı düzgün bölmək lazımdır.

- Uğurunuzun açarını nələrdə və kimlərdə görürsünüz, kimlərə təşəkkür düşür?

- Mənə hər zaman inanan ailəmə və müəllimlərimə təşəkkür edirəm. Onlar hər zaman mənə inandılar, məni dəstəklədilər.

Mən Qazax şəhər Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə təhsil alıram. Məktəbin bütün müəllim kollektivi mənə inanırdı və dəstəkləyirdi.

Atam hərbçi olduğu üçün bir çox rayonlarda yaşamışıq və bir neçə məktəb dəyişmişəm. Həmin məktəb müəllimlərimin də üzərimdə əməyi böyükdür. Hər birinə minnətdaram.

- Atanız qazidir, hərbçidir. Onun sizdən gözləntiləri nələr olub?

- Atam mənim qürur yerimdir. Onunla fəxr edirəm. Atam hər zaman ən yüksək nəticəni yığacağıma inanırdı və məni dəstəkləyirdi. Mən də bütün həyatım boyu atama layiq övlad olmaq üçün çalışacam.

Atam 44 günlük Vətən müharibəsində başından ciddi yaralanıb, sol gözünü itirib. Tez-tez sağlamlıq problemləri yaşayır. Həkim olmaq istəyimin də başlıca səbəblərindən biri budur.

- Uşaqlıdan yaxşı oxuyurduniz, yoxsa sonradan başlamısınız?

- Getdiyim bütün məktəblərdə hər zaman əlaçı olmuşam. Həmişə qiymətlərim 5 olub.

- İddialar var ki, testin çəmini biləndə yaxşı yazmaq olur, bu, doğrudurmu, yoxsa yaxşı yazmaq üçün yaxşı hazırlaşmalısan?

- Düşünürəm ki, əsl uğur yalnız sistemli şəkildə və yaxşı hazırlaşmaqla əldə edilir. Ancaq mövzuları dərindən anladıqdan sonra testləri yaxşı işləmək mümkündür.

- Gələcək planlar sırasında təhsilinizi xaricdə davam etdirmək varmı?

- Bəli, ilkin təhsilimi Azərbaycanda almağı düşünürəm. Daha sonra rezidentura üçün xaricə getməyi planlaşdırıram.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2026