q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Qəbələdə Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - FOTO

SİYASƏT

27 Aprel 2026 | 11:39

Qəbələdə Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - FOTO

Aprelin 27-də Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib.

Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.

Sonra rəsmi foto çəkdirilib.


SON XƏBƏRLƏR

26 Aprel 2026