q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Əli Hüseynli: Seçki sisteminə informasiya texnologiyaları nüfuz edib

SİYASƏT

27 Aprel 2026 | 11:34

Əli Hüseynli: Seçki sisteminə informasiya texnologiyaları nüfuz edib

Milli Məclisdə çıxış edən deputat Əli Hüseynli Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətini və seçki prosesinin təşkilini yüksək qiymətləndirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, seçki prosesinin təşkilində və idarə olunmasında MSK-nın rəhbərliyi, xüsusilə Məzahir müəllimin uzunillik təcrübəsi və peşəkarlığı hər zaman özünü büruzə verir.

Əli Hüseynlinin sözlərinə görə, bu fəaliyyət yalnız texniki təşkilatçılıq deyil, həm də ölkədə siyasi sabitliyin və demokratik ənənələrin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, hər seçki dövründə komissiya tərəfindən tətbiq edilən yeniliklər və şəffaflığın artırılmasına yönəlmiş addımlar həm namizədlər, həm də seçicilər tərəfindən müsbət qarşılanır.

Deputat əlavə edib ki, beynəlxalq müşahidəçilərin rəyləri də Azərbaycanın seçki modelinin artıq müəyyən bir standart kimi formalaşdığını göstərir. Onun fikrincə, müasir informasiya texnologiyalarının seçki prosesinə inteqrasiyası, səsvermə məntəqələrində yaradılan şərait və qanunvericiliyə tam riayət olunması bu sahədə əldə edilən uğurların göstəricisidir.

Parlamentari sonda qeyd edib ki, qarşıdakı seçkilərin də xalqın iradəsini dolğun və obyektiv şəkildə əks etdirəcəyi, ölkənin demokratik inkişafına töhfə verəcəyi gözlənilir. O, bu prosesdə əməyi olan hər kəsə, xüsusilə MSK üzvlərinə uğurlar arzulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

26 Aprel 2026