q
  • Bakı 13° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Livanda ölənlərin sayı 2500-ü keçdi

DÜNYA

26 Aprel 2026 | 23:50

Livanda ölənlərin sayı 2500-ü keçdi

Livanın cənub bölgələrinə İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində son sutkada azı 13 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu hadisələr aprelin 17-də elan edilmiş atəşkəs rejiminə baxmayaraq baş verib. Nazirliyin açıqlamasına görə, martın 2-dən bəri davam edən hərbi eskalasiya nəticəsində ölənlərin ümumi sayı 2 509 nəfərə, yaralıların sayı isə 7 755 nəfərə çatıb.

Qeyd olunub ki, İsrailin yaşayış məntəqələri və infrastruktur obyektlərinə intensiv zərbələri davam etdirdiyi üçün itkilərin artacağı istisna edilmir.


SON XƏBƏRLƏR

26 Aprel 2026