q
  • Bakı 15° C

    15.06 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Rezidentura imtahanı verəcək namizədlərə MÜRACİƏT

CƏMİYYƏT

27 Aprel 2026 | 12:12

Rezidentura imtahanı verəcək namizədlərə MÜRACİƏT

Məlum olduğu kimi, rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdi mayın 3-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

İmtahan saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.


SON XƏBƏRLƏR

26 Aprel 2026