Divertikulit - yoğun bağırsağın divarında əmələ gəlib divertikulların iltihabı ilə əldə edilən ciddi bir infeksiya xəstəliyidir.
Bakıvaxtı.az "Acilci.net"ə istinadən bildirir ki, bu xəstəlik daha çox 50 yaşdan yuxarı şəxslər, liflə az qidalanan insanlar və oturaq həyat tərzi keçirən insanlar arasında daha çox yayılıb.
Divertikulit adətən kəskin, davamlı qarın ağrısı və kəskin hərarət və leykositozla müşahidə edilir. Divertikulit xəstəliyi həm yoğun bağırsaq, həm də nazik bağırsaqda yarna bilər. Ümumilikdə divertikulitin 85-95% siqmoid və sol yoğun bağırsaqda müşahidə edilir. Yalnız 15% sağ bağırsaqda əmələ gəlir. Sağ tərəfli divertikulit daha çox 60 yaşdan aşağı olan xəstələrdə baş verir.
Diaqnozda ən təsirli müayinə cihazı kompüter tomoqrafiyasıdır. Tomoqrafiyanın istifadə edilmiş tədqiqatları ultrasəs müayinəsi (USM) və ya maqnit rezonans (MRT) ilə diaqnoz qoyulur. Bundan əlavə, qan analizləri, sidik testləri və bəzi hallarda kolonoskopiya da tətbiq olunur.
Yüngül formada keçən divertikulit hallarında ev müalicəsi mümkündür. Bu zaman həkimlərin müalicəsi üçün antibiotiklər, maye əsaslı ehtiyat və istirahət rejimi ciddi şəkildə qoyulmalıdır. Qidalanma planına lifsiz və mədə-bağırsaq traktını yormayan qidalar daxil edilir.
Gülşən Şərif
Bakı 




