q
  • Bakı 12° C

    15.44 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşdi

SİYASƏT

27 Aprel 2026 | 17:56

Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşdi

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

    Qərara əsasən, mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə 1 ton üçün 200 manat (2026- cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat), digər qazoyllar, o cümlədən dizel yanacağı 1 ton üçün 80 manat (2026-cı il 1 may tarixindən 2027-ci il 31 mart tarixinədək – 1,0 manat) aksiz dərəcəsi müəyyənləşib.


    SON XƏBƏRLƏR