q
  • Bakı 12° C

    15.44 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Külək güclənir, şimşək çaxır - FAKTİKİ HAVA

CƏMİYYƏT

27 Aprel 2026 | 18:16

Külək güclənir, şimşək çaxır - FAKTİKİ HAVA

Aprelin 27-si saat 18:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda 17 m/s-dək güclənir.

Quba, Qusar (Laza), Xaçmaz, Daşkəsən, Lerik və Astarada arabir şimşək çaxır, yağış yağır.


SON XƏBƏRLƏR