q
  • Bakı 14° C

    16.66 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Nərgiz Məhəmmədinin müalicəsinə icazə verilmədi

DÜNYA

27 Aprel 2026 | 15:13

Nərgiz Məhəmmədinin müalicəsinə icazə verilmədi

Zəncan əyalətinin məhkəmə tibb həkiminin azərbaycanlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin müalicə üçün cəzasının bir ay müddətinə təxirə salınmasının zəruriliyi barədə açıqlamasına baxmayaraq, məhkəmə orqanları buna icazə verməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nərgiz Məhəmmədi Fondu məlumat yayıb.

Məlumatda Məhəmmədinin vəziyyətinin ağır olduğuna diqqət çəkilib və onun həbsdən tibbi məzuniyyətə buraxılaması hüquq müdafiəçisinə qəsd kimi qiymətləndirilib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi ötən il dekabrın 12-də ofisində ölü tapılan vəkil Xosrov Alikurdinin xatirəsinə Məşhəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib.


SON XƏBƏRLƏR