q
  • Bakı 13° C

    17.02 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Qan laxtalanması ÇOX RİSKLİDİR? - Nələri bilməliyik?

CƏMİYYƏT

27 Aprel 2026 | 16:33

Qan laxtalanması ÇOX RİSKLİDİR? - Nələri bilməliyik?

Qanın laxtalanması hər hansısa zədələr baş verdikdə həddindən artıq qanaxmanın qarşısını almaq üçün vacib olan mürəkkəb fizioloji prosesdir.

Bakıvaxtı.az "İndigo" jurnalına istinadən xəbər verir ki, laxtalanma qan itkisinin qarşısını almaq üçün bədəndə baş verən təbii müdafiə mexanizmidir.

Belə ki, qan hüceyrələrindən biri olan trombositlər və qan zülalları birləşərək "laxta" adlanan möhkəm bir struktur əmələ gətirir. Qanın laxtalanması sayəsində qanın damarlardan xaricə axması dayanır və yara sağalmağa başlayır. Lakin laxtalanma prosesi balansdan çıxarsa, ciddi problemlər yarana bilər. Məsələn, həddindən artıq laxtalanma tromb əmələ gətirərək damarların tutulmasına səbəb ola bilər. Bu isə infarkt və ya insult kimi xəstəliklərə yol açır. Laxtalanma prosesinin sürətlənməsi eyni zamanda kapilyar qan dövranının pozulmasına da səbəb olur.

Qan laxtalanmasının ümumi simptomlarına şişkinlik, ağrı və ya həssaslıq, qırmızıya çalan və ya rəngsiz dəri, istilik, damar iltihabı (flebit), nəfəs darlığı, sinə ağrısı və ya narahatlıq, həmçinin danışmaqda çətinlik çəkmək kimi əlamətlər daxildir.

Qan laxtalanmasının diaqnozu üçün xəstəlik tarixi, fiziki müayinə, D-dimer testi, ultrasəs görüntüləmə, CT və ya MRT taraması, venoqrafiya, ağciyər angioqrafiyasıvə qan testlərindən istifadə olunur. Laxtalanmanın müalicəsi müxtəlif amillərdən, o cümlədən laxtanın yeri və ölçüsündən, fərdin ümumi sağlamlığından və hər hansı əsas tibbi vəziyyətin mövcudluğundan asılıdır.

Tibb mütəxəssislərinə görə, kompüter qarşısında 90 dəqiqədən çox oturmaq dizdə qan dövranını 50 faiz azalda bilər və bu da qan laxtalanma ehtimalını artırır. Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, dörd saatlıq hərəkətsizlik venoz tromboz riskini artıra bilər. Buna görə də venoz trombozun qarşısını almaq üçün idman etmək effektiv üsullardan biridir.

Qan laxtalanmasının qarşısını almaq üçün göbələk, zəncəfil, sarımsaq, soğan, yaşıl çay və s. yemək tövsiyə olunur. Bu qidalar təbii aspirindir və qan damarlarını təmizləyir. Eyni zamanda C vitamini və bitki mənşəli zülalla zəngin olan qidalara üstünlük vermək lazımdır.

Qan laxtalanmasının qarşısını almaq üçün dərmanlar olsa da, təbii yollarla da bu problemin qarşısını almaq mümkündür. Məsələn, gün ərzində ən azı 5-6 stəkan adi su içmək qan laxtalanmasının qarşısını alan vasitələrdən biridir. Gündəlik rasiona zeytun və ya kərə yağı əlavə edin. Limonlu su və ya limon şirəsi sıxılmış salatlar da qanda tromb əmələ gəlməsinin qarşısını alır. Həmçinin çuğundur şirəsi qanı duruldur. Tünd şokolad qanı duruldur. Balıq və balıq yağı qanın laxtalanmasının qarşısını alır. Hər gün pomidor yemək və ya pomidor şirəsi içmək qanı duruldur. Moruq, qara və ya qırmızı yemişan şirəsi, albalı, çiyələk, böyrütkən yemək qan laxtalanmasının qarşısını alır. Bunun üçün hər gün bu meyvələrdən ən azı 200 qram yemək lazımdır. Bundan başqa, sarıkök, udi-hindi, sirkə, məkkəgülü qan duruldurucu bitkilərdəndir.

Qan laxtalanmasının həm genetik, həm də ətraf mühit amillərindən asılı olduğunu bildirən Prof. Dr. Kaya Aksoya görə, sağlam həyat tərzi qan laxtalanmasının qarşısını almaqda çox təsirlidir:

"Mütəmadi olaraq testlərdən keçmək, balanslı qidalanmaq və az yağlı qidalar qəbul etmək, şəkər və duz qəbulunu minimuma endirmək vacibdir. İdman, gəzinti və idman xolesterol və yağ səviyyəsini azaldır".

Gülşən Şərif


SON XƏBƏRLƏR