q
  • Bakı 13° C

    17.02 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı oldu

CƏMİYYƏT

27 Aprel 2026 | 15:51

Şuşa – İƏT-in turizm paytaxtı 2026 tədbirinin açılışı oldu

Şuşa şəhərində "Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu çərçivədə keçirilən tədbirlərdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər.

Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclası, Qastronomiya Günü, eləcə də İƏT Turizm Nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur.

2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün "İƏT-in turizm paytaxtı" elan edilib.

Tədbirlər Nazirlər Kabinetinin "Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi" ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil olunur./Report


SON XƏBƏRLƏR