Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
Bakıvaxtı.az xəbər verir ki, burada qonaqlar azad edilmiş şəhərin Azərbaycan tərəfindən tətbiq olunan səhiyyə sahəsindəki texnologiyalarla tanış ola biliblər.
Nümayəndə heyəti, həmçinin burada təhsil alan tibb universiteti tələbələrinin hazırlıq prosesi ilə tanış olub.
Klinikanın baş direktoru Samir Babayev qonaqlara universitet haqqında məlumatı verib.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Bakı 








