q
  • Bakı 13° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Maykl Ceksonun ayaqqabısı satılır

ŞOU

01 May 2026 | 17:19

Maykl Ceksonun ayaqqabısı satılır

Pop musiqisinin əfsanəsi Maykl Ceksonun 9 şəxsi əşyası “GWS Auctions” platformasında satışa çıxarılacaq.

Bakıvaxtı.az xəbər verir ki, satışa çıxarılan əşyalar arasında Ceksonun imzalı “Florsheim Imperial” loferləri və daş-qaşlı ağ əlcəkləri də var.

Mayın 2-si keçiriləcək hərracda loferlərin başlanğıc qiyməti 7500 dollar olaraq müəyyən edilib. Bu ayaqqabının musiqiçiyə avtoqraf üçün göndərildiyi, “popun kralı”nın onu imzaladıqdan sonra geri qaytardığı bildirilir. Cekson əfsanəvi “Ay yerişi” hərəkətini ilk dəfə 1983-cü ildə məhz bu loferlərdə edib.

Hərracın əsas lotları - A. Lange & Sohne, Patek Philippe və Richard Mille brendlərindən olan üç qızıl saatın qiyməti isə 60-70 min dollardan başlayır.

Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi müğənninin həyatından bəhs edən “Maykl” filminin premyerası baş tutub. Film ilk həftəsonunda dünya üzrə 217,4 milyon dollar gəlir əldə edib. Hərrac evinin də bu ajiotajdan faydalanmaq niyyətində olduğu bildirilir.

 


SON XƏBƏRLƏR