q
  • Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Bu şəxslərin buraxılış imtahanı vermə qaydası dəyişdi

CƏMİYYƏT

01 May 2026 | 14:14

Bu şəxslərin buraxılış imtahanı vermə qaydası dəyişdi

Mədəniyyət Nazirliyinin tabeliyində olan incəsənət məktəb və mərkəzlərində bu ildən ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, yeni sistem vahid qiymətləndirmə meyarlarının tətbiqini, nəticələrin obyektivliyini və məktəblər üzrə müqayisəni təmin etməyi hədəfləyir.

Təxminən 8600 şagirdin iştirakı gözlənilir. İmtahanlar həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə edəcək.

Nəticələr tədrisin keyfiyyətinin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində istifadə olunacaq.

Əli Hüseynov


SON XƏBƏRLƏR