q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Zaur Şükürov: Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub

SİYASƏT

01 May 2026 | 11:24

Zaur Şükürov: Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub

Qaçqınların geri qayıdışı beynəlxalq hüququn əsas prinsipləri — suverenlik və ərazi bütövlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zaur Şükürov deyib.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə erməni əhalinin Qarabağı tərk etməsinin könüllü xarakter daşıdığını və bunun etnik təmizləmə kimi təqdim olunmasının doğru olmadığını bəyan edib. Həmçinin Ermənistan tərəfinin mülki əhali ilə bağlı təhlükə iddialarının öz rəsmiləri tərəfindən belə təkzib edildiyi qeyd olunur.

Deputat vurğulayıb ki, BMT-nin bölgəyə səfərləri zamanı mülki əhaliyə və infrastruktura qarşı zorakılıq faktları təsdiqlənməyib. Eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının Azərbaycanın mövqeyini beynəlxalq hüquq baxımından təsdiqlədiyi, Ermənistanın bir sıra iddialarının isə qəbul olunmadığı bildirilir.

Qeyd olunub ki, 30 illik işğal dövründə Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulsa da, hazırda azad olunmuş ərazilərdə bütün tarixi və dini abidələrin qorunmasına diqqət yetirilir. Açıqlamada sonda bildirilib ki, regionda sabitlik yalnız beynəlxalq hüquqa və qarşılıqlı suverenliyə hörmət əsasında mümkündür.

Əli Hüseynov


SON XƏBƏRLƏR